Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Masallıda şəhid anaları ilə bir araya gəlib.
SİA xəbər verir ki, bu barədə Anar Ələkbərovun sosial şəbəkə hesabında bildirib.
“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, - paylaşımda deyilir.
Bundan başqa, Anar Ələkbərov Astara rayonunda Milli Qəhrəman Pəncəli Teymurovun ailəsində olub, anası və digər ailə üzvləri ilə görüşüb.
Mətləb