Yevlaxda iki yük maşını toqquşub

18 Sentyabr 2026 17:17 (UTC+04:00)

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda qeydə alınıb.

Çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan xüsusi yük maşını ilə toqquşub.

Qəza nəticəsində bir nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.