Bəraət alan jurnalist Nataşa Rey vəfat edib

18 Sentyabr 2026 17:21 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı qalmaqallı iddiaları ilə tanınan müstəqil tədqiqatçı və jurnalist Nataşa Rey vəfat edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nataşa Reyin vəfat etdiyini onun həmkarı, jurnalist Xavier Poussard "X" səhifəsində açıqlayıb.

Poussardın sözlərinə görə, Nataşa Rey son illərdə uzunmüddətli onkoloji xəstəliklə mübarizə aparıb.

Nataşa Rey Bricit Makronun cinsiyyəti ilə bağlı mübahisəli iddiaları ilə tanınıb. Onun yaydığı bu iddialar Fransa Prezidentinin həyat yoldaşının məhkəməyə müraciət etməsinə səbəb olub.

2024-cü ilin sentyabrında Paris məhkəməsi Nataşa Reyi diffamasiyada təqsirli bilərək 13,5 min avro məbləğində cərimələyib. Lakin 2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi qərarı dəyişərək Nataşa Reyə tam bəraət verib.