İqlim dəyişiklikləri Nepal-Tibet daşqınlarına səbəb olan buzlağın zəifləməsində rol oynayıb

18 Sentyabr 2026 12:06 (UTC+04:00)

Alimlərin apardığı ilk araşdırmaya əsasən, qlobal istiləşmə Nepal-Tibet sərhədində avqust ayında dağılmış buzlağın sabitliyinin pozulmasına təsir edən amillərdən biri olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görğ, təxminən 200 min kvadratmetr ərazini əhatə edən buzlağın dağılması nəticəsində böyük həcmdə su və buz aşağı ərazilərə doğru hərəkət edib.

Hadisə dağıdıcı daşqınlara səbəb olub və yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Alimlər qlobal temperaturun yüksəlməsinin yüksək dağlıq ərazilərdə buzlaqların strukturunu zəiflətdiyini və bu cür hadisələrin riskini artırdığını bildirirlər.