"Azərbaycan Prezidenti sentyabrın 17-də Şamaxıya səfər edib. Səfər çərçivəsində “Nəsimi Bağları” kompleksi, “Pirqulu Park” hoteli və bir sıra obyektlərin açılışlarında iştirak edib".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.
.jpg)
Siyasi şərhçi sözlərinə belə davam edir: "
Bu səfərin əhəmiyyətinə gəldikdə, ilk növbədə, “Nəsimi Bağları” kompleksini qeyd etmək lazımdır. Şamaxı turizm şəhəridir və burada turizmin inkişafı üçün əlavə əyləncə və istirahət infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, sözügedən layihə həm Şamaxının, həm də bütövlükdə regionun iqtisadi inkişafına, xüsusilə turizm potensialının genişləndirilməsinə töhfə verə bilər.
Eyni zamanda, bu layihə Şamaxının qədim mədəni və tarixi irsinin təbliği baxımından da əhəmiyyətlidir. Bildiyiniz kimi, burada Nəsimi ilə bağlı yüzdən çox əsər və instalyasiya nümayiş etdirilir. Nəsiminin su üzərindəki abidəsinin instalyasiyası da kompleksdə təqdim olunur.
Belə bir turizm mərkəzinin yaradılması yalnız Şamaxının deyil, bütövlükdə Şirvan bölgəsinin turizm potensialının inkişafına, eləcə də regionun mədəni və tarixi irsinin daha geniş şəkildə təbliğinə xidmət edir.
Təbii ki, dövlət başçısının bu səfəri onun regionların inkişafına, o cümlədən turizm sektorunun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir".