İranda məktəbə endirilən zərbə ilə bağlı BMT araşdırmasının nəticələri açıqlanıb

18 Sentyabr 2026 12:01 (UTC+04:00)

BMT-nin İrana dair faktaraşdırıcı missiyası fevral ayında Minab şəhərində məktəbə və idman obyektinə endirilən zərbələri araşdırıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, missiyanın nəticələrinə əsasən, hücumların müharibə cinayəti təşkil etdiyinə dair əsasların olduğu bildirilib.

Araşdırmada ABŞ hərbi qüvvələrinin bu zərbələrin arxasında olduğuna inanmaq üçün əsasların mövcud olduğu qeyd edilib.

Hadisə nəticəsində məktəb binası və ətraf ərazilər ciddi zərər görüb, çoxsaylı insan həyatını itirib.

BMT missiyasının nəticələri hadisənin beynəlxalq humanitar hüquq baxımından araşdırılması məsələsini yenidən gündəmə gətirib.