Ficidə HİV-ə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

18 Sentyabr 2026 11:47 (UTC+04:00)

Sakit okean ölkəsi Ficidə HİV-ə yoluxma hallarının sürətlə artması ilə əlaqədar milli fövqəladə vəziyyət elan olunub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumətin hesablamalarına əsasən, hazırda ölkədə təxminən hər 60 yetkin şəxsdən birinin HİV-lə yaşadığı bildirilir.

Rəsmi qurumlar yoluxmaların artımını bir sıra sosial amillərlə əlaqələndirirlər. Xüsusilə metamfetamin istifadəsinin genişlənməsi və narkotik maddələrin inyeksiya yolu ilə istifadəsi narahatlıq doğurur.

Hakimiyyət yeni yoluxmaların qarşısının alınması, test imkanlarının genişləndirilməsi və müalicəyə çıxışın artırılması üçün əlavə tədbirlərin görüləcəyini açıqlayıb.