Polşa Rusiyanın mümkün “hibrid hücumları” barədə xəbərdarlıq edib

18 Sentyabr 2026 11:39 (UTC+04:00)

Polşanın Baş naziri Donald Tusk Rusiyanın Ukraynaya dəstək verən NATO ölkələrinə qarşı yeni hibrid hücumlar hazırlaya biləcəyi barədə xəbərdarlıq edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tuskun sözlərinə görə, Polşanın əldə etdiyi kəşfiyyat məlumatları Rusiya tərəfindən dron və raketlərdən istifadə etməklə təxribat xarakterli fəaliyyətlərin mümkünlüyünə işarə edir.

Polşa hökuməti xüsusilə qarşıdakı qış dövründə NATO ölkələrinin reaksiyasının sınağa çəkilə biləcəyindən narahatdır.

Tusk NATO-nun kollektiv müdafiə prinsipinin qorunmasının vacibliyini vurğulayıb və Polşanın müttəfiqlərini müdafiə etmək öhdəliyinə sadiq olduğunu bildirib.

Eyni vaxtda İsveçdə hökumət dəyişikliyi baş verib. Baş nazir Ulf Kristersson parlament seçkilərində rəhbərlik etdiyi blokun məğlubiyyətindən sonra istefa verib.