Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb

18 Sentyabr 2026 08:27 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,95 dollar və ya 0,91% azalaraq bir barel üçün 103,87 dollara düşüb.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,79 dollar və ya 0,78% ucuzlaşaraq 101,12 dollar təşkil edib.

Neftin ucuzlaşmasına ABŞ-da yanacağa tələbatın zəifləməsi ilə bağlı göstəricilər və əvvəlki kəskin bahalaşmadan sonra bazarda korreksiya təsir göstərir. Bununla belə, Yaxın Şərqdə davam edən gərginlik və Hörmüz boğazından tədarüklə bağlı risklər qiymətlərin daha kəskin azalmasını məhdudlaşdırır.