Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:03 (UTC+04:00)

Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib. "Ümid edirəm ki, sabah gecə Ukraynadan qayıdarkən indiki kimi skeptik olmayacağam", - Fitso videomüraciətində qeyd edib.

Slovakiya baş nazirinin sözlərinə görə, səfər bir neçə saat davam edəcək və o, şənbəyə keçən gecə ölkəsinə qayıdacaq. Sentyabr ayında Slovakiya hökuməti ölkənin Avropa Şurası çərçivəsində hazırlanmış və 30-dan çox ölkə tərəfindən imzalanmış Ukrayna üçün beynəlxalq kompensasiya komissiyasının yaradılması haqqında konvensiyaya qoşulması barədə qərarı təsdiqləyib.

Mətləb