Tamaz Boraşvili Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə təsdiqlənib. SİA xəbər verir ki, Gürcüstan parlamentində keçirilən səsvermədə onun namizədliyini 83 deputat dəstəkləyib, heç kim əleyhinə səs verməyib. Boraşvili son bir il yarım ərzində Gürcüstan xüsusi xidmət orqanının dördüncü rəhbəri olub.
Qeyd edək ki, Boraşvilinin sələfi Gela Geladze quruma beş ay rəhbərlik edəndən sonra istefa verib və daxili İşlər nazirinin müavini vəzifəsinə keçirilib. Hökumət bunun ailə vəziyyəti ilə əlaqədar olaraq Geladzenin şəxsi xahişi ilə baş verdiyini açıqlayıb. T. Boraşvili 2025-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsini tutub.
Mətləb