İqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku ID" (Baku İnvestment Day) festivalındakı çıxışında bəyan edib ki, Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır. Onun sözlərinə görə, bu, təkcə daha çox məhsul və xidmət deyil, daha çox əlavə dəyərli məhsul və xidmətlər istehsal etmək deməkdir:
"Bunun açarı düşünürəm ki, istedad, texnologiya və ekosistemin birləşməsidir. İnsan amili həlledicidir, bir şərtlə ki, imkan yaradan siyasət, mühit və ekosistem mövcud olsun".
Mətləb