Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 min ton həcmində karbamid istehsal olunub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 15,4 % azdır.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub. Məlumata görə, sentyabrın 1-nə müəssisənin anbarında 74,5 min ton hazır məhsul qalığı yaranıb.
Mətləb