Əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb

17 Sentyabr 2026 17:24 (UTC+04:00)

Goranboyda gənc oğlanın meyiti tapılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Bəşirli kəndinə qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il Ə. Abbasovun meyiti kəndin yaxınlığında əkin sahəsindən tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Gənc oğlanın hansı şəraitdə ölməsi məlum deyil.