Nikol Paşinyan Rusiya bazası ilə bağlı daha bir açıqlama verib. Rusiya rəhbərliyi 102-ci Hərbi Bazanı ölkədən çıxarmaq qərarına gəlsə, İrəvan etiraz etməyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin Rusiya 102-ci Hərbi Bazasının ölkədəki mövcudluğunun şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib. Bu barədə Rusiya mediası cümə axşamı, 17 sentyabrda məlumat yayıb.
Lakin 2022-ci ilin sentyabr hadisələri göstərdi ki, baza Ermənistanın təhlükəsizliyi üçün vacib deyil. "2022-ci ilin sentyabr hadisələri göstərdi ki, 102-ci Hərbi Baza Ermənistanın təhlükəsizliyi üçün vacib deyil. Rusiya onu geri çəkmək qərarına gəlsə, biz etiraz etməyəcəyik. Əgər onlar onu geri çəkmək istəməsələr, biz məsələni müzakirə etməyə hazırıq. Biz lazımsız bazanın Ermənistan Respublikasında mövcudluğunun şərtlərini müzakirə etməyə hazırıq", - deyə o qeyd edib.
Eyni zamanda, Paşinyan heç bir Ermənistan nümayəndəsinin 102-ci Rusiya hərbi bazasının geri çəkilməsi məsələsini qaldırmadığını vurğulayıb.
Xatırladaq ki, 2025-ci ildə Ermənistanın "Respublika Uğrunda" partiyası və onun tərəfdarları Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yaxınlığında etiraz aksiyası təşkil etmişdilər. Etirazçılar Ermənistan hökumətindən Rusiya hərbi bazasını geri çəkməyi tələb etmişdilər.
VƏLİ