ABŞ Hərbi Hava Qüvvələri kosmosda silah sistemləri yerləşdirdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib. Bu açıqlama Prezident Donald Trampın "Golden Dome" raketdən müdafiə təşəbbüsü çərçivəsində verilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, layihənin əsas elementlərindən biri Yer orbitində qalaraq düşmən raketlərini uçuşun ortasında məhv edə biləcək tutucu sistemlərin yerləşdirilməsidir. Bazar ertəsi çıxış edən rəsmilər bildiriblər ki, kosmik tutucu proqramı bir ildən az müddətdə ilkin müqavilədən uçuşa hazır avadanlıq mərhələsinə keçib, lakin əlavə detallar açıqlanmayıb.
Pentaqon rəsmiləri bu sistemlərin ilk böyük sınağının 2028-ci il seçkisindən əvvəl keçiriləcəyini bildiriblər. Ekspertlər bunun kosmosun silahlanmasında yeni mərhələ olduğunu və Çin və Rusiya ilə rəqabəti artıracağını qeyd edirlər.