Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasovvə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Habil Manafov“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə fermer təsərrüfatıvə sahibkarlıq subyektlərinə baxış keçirmişlər.
Daha sonra rayon icra hakimiyyətindəDövlət Proqramının icrası ilə bağlı RİH başçısı yanında yaradılmış Qərargahın üzvlərinin,kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatlarmüzakirə olunmuşdur.
İcra başçısı Qəzənfər AğayevAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulmuş mühüm vəzifələri bir daha xatırlatmışdır.
Dövlət başçısının təsdiq etdiyi Proqrama uyğun olaraq rayonda görülən işlər barədə məlumat verən icra başçısı qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılmışdır. Qərargah tərəfindən fermerlər və torpaq mülkiyyətçiləri iləmütəmadi görüşlər keçirilir, Dövlət Proqramının icrasının təmin edilməsi zamanıüzləşdikləri problemlərin həlli istiqamətində operativ addımlar atılır, əkilməyən torpaqların əkin dövriyyəsinə qaytarılması üçün tədbirlər görülür.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edərək qeyd etmişdir ki, konkret hədəflərə əsaslanan,2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış və kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini, kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Kənd təsərrüfatının inkişafı üçün geniş imkanlara malik olan Astara rayonu da Dövlət Proqramının icrası çərçivəsində təbii resurslardan və müasir texnologiyalarda istifadə etməklə sirus meyvəçiliyi, çayçılıq, çəltikçilik sahəsində məhsul istehsalının artırılmasına, həmçinin balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin intensiv inkişafına nail olmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov çıxışında əsas məqsədlərindən birinin sahibkarlığın və kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsiolan Dövlət Proqramınınsubsidiyaların, güzəştli kreditlərin və digər dəstək mexanizmlərinin genişləndirilməsinin fermer və sahibkarların fəaliyyətinə mühüm töhfə verəcəyini bildirmişdir. O, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə nəzərdə tutulmuş yeni subsidiya mexanizmləri və digər dövlət dəstəkləri barədə geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən fermer və sahibkarlar onlara göstərilən qayğıya və yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmiş, Dövlət Proqramının icrası ilə bağlı yeni layihə və hədəflərindən danışmış, qarşılaşdıqları problemləri sadalamışlar. Həmişə olduğu kimi bu dəfə də möhtərəm Prezidentin çağırışına qoşularaq ölkədə kənd təsərrüfatının inkişafı naminə mövcud imkanlarından və dövlət dəstəyindən istifadə etməklə təsərrüfatlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və aqrar sahənin rəqabət qabiliyyətinin artırılması istiqamətində var gücü ilə çalışacaqlarını vurğulamışlar.
Müzakirələr zamanı fermer və sahibkarların problemləri dinlənilmiş, sualları cavablandırılmışdır.