“Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin bərpası davam edir” -ADİL KƏRİMLİ

17 Sentyabr 2026 11:11 (UTC+04:00)

Silahlı münaqişələr və münaqişələrdən sonra yaranan mürəkkəb vəziyyətlər tarixi-mədəni irsin qorunması qarşısında ciddi çağırışlar yaradır.

SİA xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.

O bildirib ki, 30 illik işğal dövründə Azərbaycanın işğal altında olan ərazilərində tarixi-dini abidələr ciddi dağıntılara məruz qalıb, bir qismi tamamilə məhv edilib, həmçinin mədəni mülkiyyətin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları müşahidə olunub.

Nazirin sözlərinə görə, postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin bərpası istiqamətində dövlət tərəfindən intensiv tədbirlər həyata keçirilir. Artıq bir çox tarixi-mədəni və dini abidə bərpa olunub və bu proses davam etdirilir.