"Husilərin bu hücumlarını pisləyirik" - Türkiyədən AÇIQLAMA

17 Sentyabr 2026 02:02 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) husilərin Məkkə şəhərini hədəf alan PUA hücumu cəhdini qınayaraq, Səudiyyə Ərəbistanının suverenlik, ərazi bütövlüyü və təhlükəsizliyinə dəstəyini təkrarlayıb. SİA xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

Bəyanatda husilərin Məkkə şəhərini hədəf alan PUA hücumu qınanıb: "Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə olan dəstəyimizi təsdiq edir; Səudiyyə Ərəbistanı ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Regional sabitliyi və təhlükəsizliyi də təhdid edən bu hücumların dərhal dayandırılması, gərginliyi daha da artırmağa yönəlmiş hər cür hərəkətdən çəkinilməsi istiqamətindəki çağırışlarımızı xatırladırıq".