İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb

16 Sentyabr 2026 18:56 (UTC+04:00)

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Belə ki, sentyabrın 15-də Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb.

Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə 300 000 sərnişin (+18%) artım deməkdir.