Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb

16 Sentyabr 2026 18:32 (UTC+04:00)

Bu gün Ermənistanda Çarentsavan–Razdan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, “Nissan Tida” markalı avtomobil Çarentsavan ərazisində yoldan çıxaraq torpaq səddinə çırpılıb.