İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Bildirilib ki, İran səfirliyinin əməkdaşlarından birinə İsveçi tərk etmək tapşırılıb.
“İsveçdəki İran səfirliyinin əməkdaşına Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlə əlaqədar ölkəni tərk etmək təklif edilib”, – hökumətin açıqlamasında deyilir.