Ukrayna Müdafiə Qüvvələrinin bölmələri işğal edilmiş Krım yarımadasının Saki şəhərində yerləşən aerodromda Rusiya Hərbi Hava Qüvvələrinin Su-24 təyyarəsini vurub.
SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Donetsk vilayətində PUA-larının idarəetmə, saxlanılma və hazırlanması məntəqələri və Luqansk vilayətinin Dovjansk şəhərində silah-sursat anbarına zərbə endirilib.
Luqanskın Rovenki və Zaporojye vilayətinin Berdyansk şəhərlərində isə yanacaq-sürtkü yağları anbarları vurulub.
Krımın Suvorovo və Rısovoda Qrenader yaşayış məntəqələrində isə kəşfiyyat postları hədəfə alınıb.
Ayşən Vəli