ABŞ rəsmiləri Omanda Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (Husilər) nümayəndələri ilə görüşüblər.
Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir.
Görüş ABŞ-nin Maskatdakı səfirliyində baş tutub. Görüşün təşkilində Oman hökuməti kömək edib. Husilər amerikalılara ABŞ gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və 2025-ci ildə əldə olunmuş atəşkəsə sadiq olduqlarını bildiriblər. Mənbələrə görə, hərəkat həmçinin Səudiyyə Ərəbistanına məxsus gəmilər istisna olmaqla, İsrail və ya digər ölkələrin ticarət gəmilərinə hücum etməməyi öhdəsinə götürüb.
ABŞ Dövlət Departamenti “Reuters” agentliyinə görüşü təsdiqləməyərək, Qırmızı dənizdə naviqasiya azadlığının təmin edilməsinin və terrorizmin yayılmasının qarşısının alınmasının Vaşinqton üçün prioritet olaraq qaldığını bildirib.
Ayşən Vəli