Pamela Anderson baqaj qəbulu sahəsini podiuma çevirdi...

16 Sentyabr 2026 21:27 (UTC+04:00)

...Pamela Anderson, Kendall Cenner və Martha Stüart hava limanında çamadanın yalnız praktik bir şey deyil, həm də imicinin bir hissəsi ola biləcəyini göstəriblər.

SİA-nın əldə etdiyi məlumata görə, People yazır ki, məşhurlar Rimowa və Chanel-in bahalı modelləri ilə səyahət edirlər. Qeyd edək ki, onların qiyməti bir neçə min dollara çata bilər. Lakin oxşar variantları daha ucuz tapmaq olar.

Nəşrdə ulduz baqajının görünüşünü təkrarlayan və 46 dollardan başlayan bir neçə model qeyd olunur.

Anderson təxminən 1250 dollar dəyərində ağ Rimowa çamadanı ilə görünüb.

Sərt gövdəli və 360 dərəcə fırlanan təkərləri olan oxşar Hanke modeli təxminən 221 dollara satılır.

Alıcılar onu genişliyinə və davamlı konstruksiyasına görə tərifləyirlər. Marta Stüart qiyməti 2000 dollara çatan Rimowa metal çamadanı ilə səyahət edir.

Fermuar əvəzinə alüminium çərçivə və kilidləri olan daha əlverişli HotWay modeli təxminən 150 dollara başa gəlir. Nəşr yazır ki, "Alıcılardan biri hətta onu Rimowa ilə eyni adlandırıb".

Kendall Jenner minlərlə dollara başa gələn həcmli Chanel çantasını seçib. S-Zone-dan daha əlverişli analoqu endirimlə təxminən 46 dollara satılır.

Geniş səyahət çantasının daxili və xarici cibləri var.

Bu cür modellər ulduz baqajının stilini böyük xərclər olmadan təkrarlamağa imkan verir.

Nazlı Almuradova