Bu gün Qaradağ və Səbaildə su olmayacaq - XƏBƏRDARLIQ

16 Sentyabr 2026 05:04 (UTC+04:00)

Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatı sentyabrın 16-sı saat 09:00-dan başlayaraq sentyabrın 17-si gün ərzində məhdudlaşdırılacaq.

Mətləb