Fransada 10 min polis etiraza qalxdı - əmək haqlarının azlığına görə...

16 Sentyabr 2026 04:06 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə təxminən 10 min polis əməkdaşı əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyasına çıxıb.

Fransa mediasının yazdığına görə, Yelisey çöllərində başlayan və Milli Assambleya binasına qədər davam edən nümayişin təşəbbüskarları "Alliance" və "Unite SGP Police-FO" həmkarlar ittifaqları olub.

"Tələblər sadədir: bu gün bizə daim deyirlər ki, polisləri qiymətləndirirlər və onlara hörmət edirlər, lakin maaşların artırılması baxımından heç nə baş vermir", - deyə "Alliance"nin baş katibi Fabyen Vanhemelrik bildirib.