AFFA-da yeni təyinatlar olub

16 Sentyabr 2026 03:22 (UTC+04:00)

AFFA-da yeni təyinatlar reallaşıb. Qurumdan SİA-ya verilən məlumata görə, dəyişikliklər çərçivəsində Media və İctimaiyyətlə əlaqələr şöbəsinə və qurumun mətbuat xidmətinə yeni əməkdaşlar təyin olunub.

Murad Axundov Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Aida Əliyeva AFFA-nın mətbuat katibi, Kənan Səfərəliyev isə aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsini icra edəcək.

Mətləb