Fransa məhkəməsindən Kim Kardaşyanı 1 avroluq TƏZMİNAT...

16 Sentyabr 2026 02:02 (UTC+04:00)

Kim Kardaşyanla bağlı yeni xəbər var. Xarici KİV-lərin yazdığına görə, Fransa məhkəməsi erməni əsilli amerikalı televiziya ulduzu Kim Kardaşyanın iddiasını təmin edib və ona 2016-cı ildə Parisdə baş verən silahlı soyğuna görə 1 avro təzminat təyin edib. SİA xəbər verir ki, bu barədə “Assoşeyited Press” (AP) agentliyi məlumat yayıb. Bildirilib ki, məhkəmə həmçinin Kardaşyanın soyğununda xəsarət alan keçmiş otel administratoruna tələb edilən 550.000 avro əvəzinə 109.000 avro təzminat müəyyənləşdirib.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında Kardaşyan Parisdə baş verən böyük soyğunun qurbanı olub. Bir neçə maskalı kişi modelin qaldığı otel otağına girib. Onlar Kardaşyanı odlu silahla hədələyiblər, lakin ona zərər verməyiblər. Ulduzun bütün şəxsi zinət əşyalarını götürdükdən sonra cinayətkarlar qənimətlə birlikdə naməlum yerə qaçıblar.

Mətləb