Ronaldo hazırkı klubunu satın alır? - İDDİA

15 Sentyabr 2026 22:31 (UTC+04:00)

"Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanı klubunu almağa hazırlaşır.

SİA “A Bola” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Milan”ın sahibi Cerri Kardinale, həmçinin İbrahim Əl-Mühaidib, Məhəmməd Əl-Hurayci və Şərəf Əl-Hariri ilə birlikdə klubun alınması üçün Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna (PIF) rəsmi təklif verməyə hazırlaşır.

Məlumata görə, Ronaldo və “RedBird Capital Partners”in rəhbəri Kardinale sövdələşmənin əsas simaları olacaq. Maliyyə planına əsasən, konsorsiumun beş üzvünün hər biri “Əl-Nəsr”ə ən azı 92 milyon avro sərmayə qoymalıdır.

Mətləb