"Süni intellekt (Sİ) sistemlərinin hazırlanması beynəlxalq təşkilatın nəzarəti altında həyata keçirilməlidir."
SİA xəbər verir ki, bu fikri amerikalı milyarder, “Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts deyib.
Onun sözlərinə görə, belə bir qurum nüvə silahlarının yayılmamasına dair rejimə və ya iqlim sazişlərinə əməl olunmasına nəzarət edən təşkilatların, eləcə də beynəlxalq aviasiya tənzimləyicisinin elementlərini özündə birləşdirə bilər.
“İstəyirsiniz ki, siyasətçilər hökumət daxilində ekspertizanı artırsınlar, lakin bu çağırışlar ətrafında bütöv bir institutlar sistemi yaratmaq lazımdır”, - deyə Qeyts bildirib.
Mətləb