18 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Fetal Təbabət” üzrə Master-klass keçiriləcək.
Mərkəzi Gömrük Hospitalında təşkil olunacaq master-klassda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi göstəriciləri əsasında düzgün klinik qərarların qəbul edilməsi, ana bətnində dölün müalicəsi və cərrahiyyəsi kimi vacib mövzular ətrafında mühazirələr dinləniləcək, eləcə də real klinik halların təqdimatı və interaktiv müzakirələr aparılacaq.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Dr. Sədi Allahverdiyevin master-klassa dəvət videosunu Sizə təqdim edirik.
Tədbir proqrama uyğun olaraq mama-ginekoloq və radioloq ixtisaslı həkimlər, eləcə də rezidentlər üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
Master-Klassda iştirak ödənişsizdir.
Master-Klassın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Hər kəs master-klassda iştirak üçün dəvətlidir!
Proqramla tanış olmaq üçün keçid: https://customshospital.az/18-sentyabr-2026-fetal-tebabet-uzre-master-klass/?fbclid=IwY2
Qeydiyyat linki: https://forms.gle/rUw6GFc2GkgFAHXk6