“Azərbaycan və Türkiyə arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir” -CEYHUN BAYRAMOV

15 Sentyabr 2026 14:40 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir:

"Azərbaycan və Türkiyə münasibətləri barədə danışarkən iki ölkə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətləri qeyd etmək lazımdır. Burada iki ölkənin liderlərinin baxışını qeyd etmək yerinə düşər. 2025-2026-cı illərdə 8 dəfə Azərbaycan və Türkiyə liderləri bir-birilərinin ölkələrinə səfər ediblər, bu da münasibətlərin göstəricisidir".