ABŞ Səudiyyə və Misirin iştirakı ilə husilərə qarşı yeni koalisiya yaradır

15 Sentyabr 2026 13:53 (UTC+04:00)

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Misirə planlaşdırılan səfəri İran tərəfindən dəstəklənən “Ənsarallah” Hərəkatına (husilər) qarşı ABŞ-nin rəhbərliyi altında regional ölkələrin iştirakı ilə yeni koalisiya yaratmaq səyləri çərçivəsindədir.

SİA bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bin Salman Qahirəyə göndərdiyi mesajlarda husilərin təhdidinin yalnız Səudiyyə Ərəbistanına yönəlmədiyi barədə xəbərdarlıq edib və bunun vurduğu zərərin Hörmüz boğazının bağlanmasının nəticələrindən belə daha böyük ola biləcəyini vurğulayıb.

Mənbə əlavə edib ki, Misir husilərin 2023-cü ilin sonlarında Bab əl-Məndəb boğazında gəmilərə hücumlarına başlamasından bəri hər il 5 milyard dollardan çox iqtisadi zərər görür.

Ayşən Vəli