Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Kramatorsk rayonunun Seredne kəndini işğaldan azad edib.
SİA xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Ukrayna ordusu həmçinin Donetsk vilayətinin Limanski rayonunun Şandrixolovi yaşayış məntəqəsi ətrafında Rusiya qüvvələrini geri çəkilməyə məcbur edib.
“Ukrayna Müdafiə Qüvvələri Seredne kəndini azad edib, Şandrixolovi ətrafında isə düşməni geri itələyib”, - məlumatda bildirilib.
Ayşən Vəli