Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 260 milyon dollardan çox artırıb

15 Sentyabr 2026 13:28 (UTC+04:00)

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə öhdəlikləri 260,4 milyon ABŞ dolları artıb.

SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,2 % çoxdur.

Yarım illik artım ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 3 milyard 666,9 milyon ABŞ dolları artması (13,8 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 3 milyard 811,7 milyon ABŞ dolları azalması (11,5 % çox), neft bonusunun 0,4 milyon ABŞ dolları artması (1 125,5 dəfə az), portfel investisiyalarının 2 milyard 21,4 milyon ABŞ dolları azalması (81,2 dəfə çox), digər investisiyaların isə 2 milyard 426,2 milyon ABŞ dolları artması (4 852,4 dəfə çox) hesabına təmin edilib.