"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Şəfa” ilə matçdan (3-0) sonra mətbuat konfransında mühüm fikirlər səsləndirib. Baş məşqçi, "Sabah"ın futbolçusu Rəhman Daşdəmirovun “Mançester Yunayted”lə oyundan sonra tənqid olunması barədə suala cavabında deyib.
"Əvvəllər deyirdilər ki, azərbaycanlı futbolçular niyə oynamır. Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində oynayır. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Mən öz futbolçularımızın qədrini bilməyi məsləhət görərdim. Onlar böyük işlər görürlər. Belə tənqidi qəbul etmirəm və bunu hörmətsizlik kimi qiymətləndirirəm”, - Dambrauskas qeyd edib.
Mətləb