"Vaşinqton administrasiyası Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürməsindən sonra onlarla birbaşa əlaqələr saxlayır."
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.
"Biz BƏƏ, Səudiyyə Ərəbistanı və regionda maraqlı olan digər tərəflərlə daim əlaqə saxlayırıq. ABŞ bu məsələyə xüsusi diqqət yetirir. Biz həmçinin husilərin özləri ilə də birbaşa dialoq qururuq. Buna görə də hesab edirik ki, vəziyyət çox sürətlə dəyişsə də, ona nəzarət edirik. Hadisələrin inkişafını bundan sonra da izləmək niyyətindəyik", - o qeyd edib.
Mətləb