Netanyahu gələn həftə ABŞ-a səfərə gedəcək

15 Sentyabr 2026 03:05 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. SİA xəbər verir ki, bu barədə hökumət başçısının dəftərxanası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının tədbirlərində iştirak edəcək.

Mətləb