"Kurtlar Vadisi"nin ssenaristləri dindirildi - ölüm işinə görə...

15 Sentyabr 2026 02:21 (UTC+04:00)

"Kurdlar Vadisi" filminin ssenaristləri keçmiş MİT (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində ifadə veriblər.

Türkiyə mətbuatının yazdığına görə, Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan istintaq çərçivəsində "məlumatlı şəxs" qismində dindiriliblər. Dindirilmə 2,5 saatdan çox çəkib.

Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Kurdlar Vadisi Pusu" serialı ilə bağlı detallar məlum olub. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən MİT zabiti obrazının əslində Kaşif Kozinoğlunun prototipi olduğu iddia edilib.

Mətləb