İrəvanda Avropa Birliyinin xüsusi nümayəndəsi ilə görüş keçirilib

14 Sentyabr 2026 22:31 (UTC+04:00)

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüşdə Ermənistan-AB əlaqələri, Bakı ilə İrəvan arasındakı sülhün institusionallaşdırılması məsələsi müzakirə olunub.

Mətləb