Bakıda ölümlə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 36 yaşlı Emin Yavər oğlu Əsgərovun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosikletçi və sərnişini olan anası, 68 yaşlı Xuraman Əminağa qızı Əsgərova həlak olublar. Faktla bağlı araşdırma aparılır.
Mətləb