Polşa təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artıracaq...

14 Sentyabr 2026 18:27 (UTC+04:00)

...Polşa hökuməti təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

SİA xəbər verir ki, bu barədə Seymdə Maliyyə və İqtisadiyyat naziri Anjey Domanski məlumat verib.

O, qərarın Kremlin son hərəkətləri fonunda verildiyini bildirib: Rusiya dronları Polşa sərhədi yaxınlığında yük maşınlarına zərbə endirib və Kiyevdən Varşavaya gedən qatara zərər verib.

Bunu Polşa Radiosu xəbər verir.

...Hökumətimiz təhlükəsizlik xərclərini kökündən artırmaq qərarına gəlib. Bu il və gələn il bu məbləğ 200 milyard zlotiyə bərabər olacaq - ÜDM-in təxminən 5 faizi.

Hesab edirəm ki, bu, xüsusilə son saatlar kontekstində olduqca vacibdir. Həmçinin, bir daha vurğulamaq istərdim ki, Daxili Təhlükəsizlik Agentliyi və Kəşfiyyat Agentliyi üçün maliyyələşdirməni əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlmişik.

Bunu isə Domanski bildirib.

Nazirin sözlərinə görə, güclü və dayanıqlı iqtisadiyyat "təhlükəsizlik günbəzinin" maliyyələşdirilməsi üçün vacibdir. O, Polşa iqtisadiyyatının təməllərinin möhkəm qaldığına və son onilliklərdəki transformasiyaların miqyasının bütün dünyada tanındığına əminlik bildirib.

Əli Babayev