"Diplomatların Qarabağ səfəri Azərbaycanın haqq davası üçün əlavə imkanlar yaradır" - SİYASİ ŞƏRHÇİ

14 Sentyabr 2026 12:08 (UTC+04:00)

Əlbəttə ki, diplomatların belə səfərləri mütləq gerçəklərin gözlə görülməsi və tarixə yazılması ilə nəticələnir. Yəni diplomatlar, bilirsiniz ki, xüsusi hazırlıqlı insanlar olur. Onlara nəyisə göstərib, nəyisə gizlətmək mümkün deyil və onlara nəyisə təbliğ etmək də mümkün deyil. O baxımdan, onların həmin torpaqlara aparılması, sərbəst şəkildə gəzib-dolaşmaları, görmələri, götürmələri, çəkilişlər aparmaları, ümumiyyətlə, müşahidələr etmələri – bütün bunlar Azərbaycanın haqq davasının öz nəticəsinə varması üçün əlavə imkanlardır". Bu sözləri SİA-ya açıqlaması zamanı siyası şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, yəni biz təbliğat aparmırıq, biz onlara demirik ki, ermənilər vandaldır, dağıtdılar, vəhşilik etdilər və s: "Biz sadəcə onları aparıb göstəririk ki, baxın, işğal altında idi torpaqlarımız, nəticəsi də budur. Özünüz bir qərara gəlin. Azərbaycanın dinc quruculuq işlərini də göstəririk ki, adamlar görür ki, çox qısa bir müddətdə, yəni 6 ildir müharibə qurtarıb, 6 il ərzində Azərbaycan nə qədər tikinti-quruculuq işləri aparıb, bərpa işləri görüb. Yəni bunları da görürlər, təbii ki. Ağıllı adamlardır, onlar özləri görüb dəyərləndirirlər, öz dövlətlərinə məruzə edirlər. Həmin məruzə də dövlət tərəfindən, yeni, təmsil etdikləri dövlət tərəfindən öyrənilir və Azərbaycana münasibət məsələsində nəzərə alınır.

Düzdür, bəzi dövlətlər qərəzlidirlər, nə göstərsən də xeyri yoxdur, öz bildiklərini etməyə meyillidirlər. Amma onların sayı o qədər də çox deyil. Bu diplomatların hazırladıqları məruzələr öz dövlətlərinə göndərilir və orada istər-istəməz onların arxivləri də saxlanılır. Ola bilər ki, bu, bugünkü hakimiyyətlər hansısa səbəbdən, qərəz üzündən və s. bu məruzələri nəzərə almasında Azərbaycana qarşı müsbət dəyişikliyə yol verməsin. Amma hakimiyyətlər əbədi deyil, yeni hakimiyyətlər gəlir, dövran dəyişir. Hətta aradan 100 il keçəndən sonra bu sənədlər araşdırılacaq və görüləcək ki, Azərbaycanla bağlı məsələlərdə nə qədər qərəzə yol verilib, ermənilər nə qədər dağıntı işləri ediblər və s.

Yəni bu baxımdan düşünürəm ki, diplomatların bu cür səfərləri olduqca yerinə düşür. Təbii ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə getmələri də ayrıca vurğulanmalıdır. Çünki Hikmət Hacıyev bütün bu siyasi prosesləri, ümumiyyətlə, Azərbaycanın müasir dövrdəki xarici siyasətini ovucunun içi qədər bilən birisidir. Yəni bütün proseslərin içindədir. Prezidentin köməkçisi olması baxımından, xarici siyasət məsələləri üzrə şöbə müdiri olması baxımından, yəni bütün bunlar nəticə etibarilə ona gətirib çıxarır ki, uyğun bir şəxsin müşayiəti ilə o əraziyə səfər edilir və istənilən suala da o, anında cavab verə bilir və faktlarla cavab verə bilir".