Fransanın Cenevrədə BMT yanında Daimi Nümayəndəliyi ABŞ-nin insan haqları vəziyyətini tənqid edən açıqlamaya görə Vaşinqtondan üzr istəyib. Bu barədə “Reuters” məlumat yayıb.
Fransanın diplomatik missiyası iyulun 25-də “X” sosial şəbəkəsində yayımlanan və ABŞ-nin insan hüquqlarına hörmətlə yanaşmaq öhdəliyini şübhə altına alan paylaşımın doğurduğu narahatlığa görə təəssüfünü bildirib.
Qeyd edək ki, həmin paylaşımda ABŞ-nin Rusiya və Şimali Koreya ilə birlikdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının səlahiyyət müddətinin uzadılmasına qarşı səs verməsi tənqid olunmuşdu.