Türkiyənin yeni “İHA-300” hipersəs raketi 250 kilometrdən çox məsafədə yerləşən hədəfi dəqiq vurub. Bu barədə “ROKETSAN” müdafiə şirkətinin baş direktoru Murad İkinci jurnalistlərə məlumat verib. O bildirib ki, hədəf Qara dənizin akvatoriyasında vurulub.
“Uçuş məsafəsi 300 kilometrədək olan bu “hava-yer” tipli hipersəs raketləri sayəsində Türkiyə Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Biz bu istiqamətdə işlənib hazırlanan məhsulların siyahısını genişləndirməyi hədəfləyirik”, – deyə “ROKETSAN”ın rəhbəri bildirib.
O qeyd edib ki, yeni raketlərin həm hərbi təyyarələrin, həm də zərbə tipli pilotsuz uçuş aparatlarının silahlanmasına daxil edilməsi planlaşdırılır.
Mətləb