İngiltərə derbisini "Mançester Siti" qazandı!

13 Sentyabr 2026 23:19 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində Mançester derbisi keçirilib. SİA xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford" stadionunda əzəli rəqibi "Mançester Siti"ni qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

13 sentyabr

"Mançester Yunayted" - "Mançester Siti" - 0:1

Qol: E.Haaland, 60
Qırmızı vərəqə: F.Foden, 23 ("Mançester Siti")

Bu qələbədən sonra xalını 12-yə çatdıran "Mançester Siti" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Mançester Yunayted" isə 4 xalla 13-cü sıradadır.

Mətləb