"Milan"ın sabiq futbolçusu karyerasını Fransada davam etdirəcək

13 Sentyabr 2026 17:33 (UTC+04:00)

"Milan"ın sabiq futbolçusu Mbaye Nyanq karyerasını Fransada davam etdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, 31 yaşlı seneqallı futbolçu “Dunkirk”lə anlaşıb.

Mərkəz hücumçusu mövsümün sonuna qədər Fransa klubunda oynayacaq.

O, karyerası ərzində “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn”, “Əl-Əhli”, “Bordo”, “Adana Demirspor”, “Empoli”, “Vidad Kasablanka”, “Sampdoriya”, “Gənclərbirliyi” klublarında oynayıb.