Türkiyədə çip istehsal ediləcək

13 Sentyabr 2026 16:08 (UTC+04:00)

Türkiyə şəxsiyyət vəsiqəsi və pasportlarda, eləcə də sənaye sahələrində istifadə olunan çiplərin ölkə daxilində istehsalını təmin edəcək müasir istehsal müəssisələrinin yaradılması və milli layihələr ilə qlobal çip yarışında önə çıxmağı hədəfləyir. SİA xəbər verir ki, 2027-2029-cu illər üzrə nəzərdə tutulan Ortamüddətli Proqram çərçivəsində çip istehsalı müəssisələrinin yaradılması, həmçinin sektorda AR-GE, dizayn və kommersiyalaşdırma imkanlarının inkişaf etdirilməsi planlaşdırılır. Beləliklə, şəxsiyyət vəsiqəsi və pasportlarda, eləcə də sənaye tətbiqlərində istifadə olunan çiplərin ölkə daxilində istehsalı təmin ediləcək.