Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə edilib. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 millimetr olub.